tətbiqi sənət əsəri

Əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri

təşviqat materialları
tətil
OBASTAN VİKİ
Dekorativ Tətbiqi Sənət
== Dekorativ — tətbiqi sənət == bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. == Xalçaçılıq == Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. == Batik == Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Azərbaycan müasir tətbiqi sənət ustaları (film, 2003)
Azərbaycan müasir tətbiqi sənət ustaları sənədli filmi rejissor Qəni Cavidan tərəfindən 2003-cü ildə çəkilmişdir. "Bravo" studiyasında istehsal edilmişdir. Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir. == Məzmun == Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir.
Tətbiqi elmlər
Texniki elmlər — Texnikanın özünü və ya onun inkişafı üçün mühüm əhəmiyyət kəsb edən hadisələri tədqiq edən elmlər məcmusu. Texniki elmlərin inkişafına qədim dövr mühəndislərindən Arximed, Heron, Papp, Leonardo da Vinçi və başqaları böyük töhfə vermişlər. İlk texniki elmlərdən biri fizika və arxitektura elmləri daxilində öyrənilən mexanika elmi olmuşdur. Sənayedə inqilabın baş verməsi ilə texnika və texnologiyanın akademik səviyyədə öyrənilməsinə tələbat yarandı. Texniki elmlərin tədrisi ilə məşğul olan belə təhsil müəssisələrindən biri 1794-cü ildə əsası qoyulan Qaspar Monjanın Politexnik məktəbi olmuşdur. Bununla da kütləvi şəkildə mühəndis biliklərinə yiyələnmək dövrü başladı. Bu da XIX əsrdə elektrotexnikanın, XX əsrdə isə radiotexnikanın, kosmonavtikanın, robot texnikasının yaranması və inkişaf etdirilməsinə gətirib çıxarıblar. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elmləri sahəsindəki elmi biliklərin praktikada yaşanan problemlərinin həllindəki istifadəsinə verilən addır. Mühəndislik elmləri tətbiqi elmlərin ən yaxşı nümunələridir. Tətbiqi elmlər texnologiya üçün çox vacib bir sahədir.
Tətbiqi fizika
Tətbiqi fizika müəyyən texnoloji və ya praktiki məqsədə çatmaq niyyəti ilə fiziki obyektlər haqqında biliklərin istifadəsidir. Həmçinin fizika və mühəndislik arasında körpü və ya əlaqə olaraq hesab edilir. "Tətbiqi" ifadəsi tədqiqatçıların motivasiyası və münasibəti və fəaliyyətdən təsirlənə biləcək texnologiya və ya elmlə əlaqənin təbiəti kimi amillərin incə kombinasiyası ilə "saf"dən fərqlənir. Tətbiqi fizika fundamental həqiqətlərə və fiziki elmlərin əsas anlayışlarına söykənir, lakin elmi prinsiplərin praktik cihazlarda və sistemlərdə istifadəsi və fizikanın elmin digər sahələrində tətbiqi ilə əlaqədardır. Tətbiqi fizika müəyyən mənada mühəndislikdən fərqlənir; tətbiqi fizik bir şey dizayn etmir, əksinə yeni texnologiyaların inkişafı və ya mühəndislik probleminin həlli məqsədi ilə fizika tədqiqatları aparır. Bu yanaşma tətbiqi riyaziyyata olan yanaşma ilə oxşardır. Tətbiqi fiziklər də elmi tədqiqatlar üçün fizikanın istifadəsi ilə maraqlanırlar. Məsələn, sürətləndirici fizikası sahəsi yüksək enerji toqquşdurucularının dizaynını və inşasını təmin edən mühəndislərlə işləməklə nəzəri fizikadaki tədqiqatlara töhfə verə bilər.
Tətbiqi proqramlar
Tətbiqi proqramlar və ya Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. == Tətbiqi proqramların funksiyaları == Tətbiqi proqramlar istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir: Mətnlərin emalı (Lexicon, ChiWriter, Microsoft Word, LibreOffice Writer və s.) Elektron cədvəllərin emalı (Microsoft Excel, LibreOffice Calc və s.) Verilənlər bazasının idarəsi (FoxPro, Paradox, Microsoft Access, LibreOffice Base və s.) Kommunikasiya (Internet Explorer, Netscape Communicator) İdarəetmənin avtomatlaşdırılması-Avtomatlaşdırılmış idarəetmə sistemləri (Market Manager və b.) Multimedia (Windows Media Player və b.) Simulyasia (modelləşdrmə) Treyninq Texniki servis Tərcümə (Dilmanc) DiaqnostikaQeyd olunan funksialar tətbiqi proqramların "bacardığı" işlərdən yalnız bir hissəsidir. == Ədəbiyyat == Ə.M.Abbasov, M.A.Camalbəyov və b. "Market Manager" İdarəetmə sistemi. Elmi-metodik vəsait.- "İqtisad Universiteti" nəşriyyatı. Bakı, 2002, 156 s. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu. Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: БХВ –Петербург, 2003 – 512с.
Tətbiqi riyaziyyat
Tətbiqi riyaziyyat — riyazi metodların müxtəlif sahələrdə, o cümlədən fizika, mühəndislik, tibb, biologiya, biznes, kompüter elmləri və sənayedə tətbiqi. Beləliklə, tətbiqi riyaziyyat riyazi elmlə ixtisaslaşdırılmış biliyin birləşməsidir. "Tətbiqi riyaziyyat" termini, həmçinin riyaziyyatçıların riyazi modelləri formalaşdıraraq və öyrənərək praktiki problemlərin üzərində işlədiyi peşə ixtisasını təsvir edir. Keçmişdə praktiki tətbiqlər riyazi nəzəriyyələrin (hansı ki, sonralar mücərrəd anlayışların öyrənildiyi xalis riyaziyyatda araşdırma mövzusu olmuşdur) inkişafına təkan vermişdir. Beləliklə, tətbiqi riyaziyyatın fəaliyyəti xalis riyaziyyatdakı tədqiqatlarla sıx bağlıdır. == Tarixi == Tarixən tətbiqi riyaziyyat, əsasən, tətbiqi təhlildən, xüsusən də, diferensial tənliklərdən; aproksimasiya nəzəriyyəsindən və tətbiqi ehtimaldan ibarət olmuşdur. Riyaziyyatın bu sahələri Nyuton fizikası ilə birbaşa əlaqəlidir və əslində, riyaziyyatçılar və fiziklər arasındakı aydın fərq 19-cu əsrin ortalarına qədər kəskin şəkildə vurğulanmamışdır. Bu tarix Amerika Birləşmiş Ştatlarına pedaqoji bir miras buraxmışdır: 20-ci əsrin əvvəllərinə qədər klassik mexanika kimi fənlər Amerika universitetlərinin əksəriyyətində Fizika kafedralarında yox, Tətbiqi Riyaziyyat kafedralarında öyrədilmişdir və axışqanlar mexanikasının hələ də Tətbiqi Riyaziyyat kafedralarında keçilməsi hallarına rast gəlinir. İndi maliyyə riyaziyyatı universitetlərdəki Riyaziyyat kafedralarında tədris olunur və bütövlükdə, tətbiqi riyaziyyatın bir qolu hesab olunur. Mühəndislik və kompüter elmləri kafedraları ənənəvi olaraq tətbiqi riyaziyyatdan istifadə edir.
Tətbiqi sosiologiya
Tətbiqi sosiologiya — konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayan elm sahəsidir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb,fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir. == Sosiologiyanın predmeti == Sosiologiya yunan dilində “societas” (cəmiyyət) və yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir. Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət göstərdikləri cəmiyyətin dərk edilməsinə və ona münasibət göstərilməsinə tələbatı təbiidir Sosiologiyanın predmetinə çoxlu sayda müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında münasibətlər yalnız ictimai - siyasi, mənəvi sahələr tədqiq edilməklə başa düşülə bilər. == Sosiologiyanın hissələri == Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və tətbiqi hissələrdən ibarətdir. === Nəzəri hissə === Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur? === Tətbiqi sosiologiya === Tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır.
Tətbiqi dilçilik
Tətbiqi dilçilik - nəzəri dilçiliklə yanaşı, dilçilik elminin bir sahəsidir. Dilin öyrənməsi ilə bağlı təcrübi məsələlərin həllində, eləcə də digər sahələrdə linqvistik nəzəriyyənin təcrübi istifadəsi ilə bağlı elmdir. == Tarixi == Tətbiqi dilçilik ənənəsi qismən 1950-ci illərin sonlarında generativ dilçiliyin yaranması ilə dilçilikdə diqqətin azalmasına reaksiya olaraq özünü büruzə vermişdir və həmişə sosial məsuliyyətli rolunu qoruyub saxlamışdır. Tətbiqi dilçilik sahəsi Avropa və ABŞ-da başlasa da, bu sahə beynəlxalq kontekstdə sürətlə inkişaf etmişdir. Tətbiqi dilçilik ilk növbədə dilçiliyə əsaslanan prinsipləri və təcrübələri əhatə edirdi. 1960-cı illərdə isə tətbiqi dilçilik dilin qiymətləndirilməsi, dil siyasəti və ikinci dilin mənimsənilməsini əhatə edəcək şəkildə genişləndirilmişdir. Artıq 1970-ci illərdə tətbiqi dilçilik nəzəri dilçilikdən daha çox problem yönümlü sahəyə, o cümlədən real dünyada dil problemlərinin həllində mühüm rol oynayan sahəyə çevrilmişdir. 1990-cı illərdə tətbiqi dilçilik tənqidi tədqiqatları və çoxdilliliyi əhatə edəcək şəkildə genişlənmişdir. Tətbiqi dilçilikdə aparılan tədqiqatlar “dilin əsas məsələ olduğu real dünya problemlərinin nəzəri və empirik tədqiqinə” keçmişdir. ABŞ-da tətbiqi dilçilik də struktur dilçilikdən gələn fikirlərin tətbiqi kimi dar çərçivədə başlamışdır.
Veb tətbiqi
Veb tətbiqi (ing. web application) — veb brauzerdən istifadə edərək əldə edilən tətbiq proqramı. Veb proqramları ümumdünya hörümçək torunda aktiv şəbəkə bağlantısı olan istifadəçilərə çatdırılır. == Tarixi == "Netscape" 1995-ci ildə proqramçılara müştəri tərəfində işləyən istifadəçi interfeysinə bəzi dinamik elementlər əlavə etməyə imkan yaradan "JavaScript" adlı skript dilini təqdim etmişdir. Beləliklə, bütöv bir veb səhifə yaratmaq üçün serverə məlumat göndərmək əvəzinə, yüklənmiş səhifənin daxil edilmiş skriptləri daxiletmənin təsdiqlənməsi və ya səhifənin hissələrini göstərmək/gizlətmək kimi müxtəlif tapşırıqları yerinə yetirə bilər.1999-cu ildə "Servlet Specification" 2.2 versiyasında "Java" dilində "veb tətbiqi" konsepsiyası təqdim edilmişdir. O zaman həm "JavaScript", həm də XML artıq işlənib hazırlanmışdı, lakin "AJAX" hələ yaradılmamışdı və "XMLHttpRequest" obyekti yalnız "ActiveX" obyekti kimi "Internet Explorer 5"də təqdim edilmişdi. "Gmail" kimi tətbiqlər 2000-ci illərin əvvəllərindən etibarən öz müştəri tərəflərini getdikcə daha interaktiv etməyə başladı. Veb səhifə skripti bütün veb səhifəni yükləmədən məlumatların saxlanması/alınması üçün serverlə əlaqə saxlaya bilir. Təcrübə 2005-ci ildə "Ajax" kimi tanınmışdır.Dizayner Frensis Berriman və "Google Chrome" mühəndisi Aleks Rassel tərəfindən 2015-ci ildə irəli sürülmüş "Progressive web apps" termini müasir brauzerlər tərəfindən dəstəklənən yeni funksiyalardan istifadə edən və əvvəlcə veb brauzer nişanı daxilində işləyən, lakin sonradan tamamilə oflayn və brauzerdə tətbiq URL-i daxil etmədən işə salına bilən tətbiqlərə aiddir. == Təhlükəsizlik == Bu cür tətbiqlərdə təhlükəsizlik pozuntuları böyük narahatlıq doğurur, çünki bu, həm müəssisə məlumatlarını, həm də şəxsi müştəri məlumatlarını əhatə edir.
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. == Tarixi == Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).
Rəqəmsal sənət
Rəqəmsal sənət yaradıcılıq və ya təqdimat prosesinin bir hissəsi kimi rəqəmsal texnologiyadan istifadə edən bədii əsər və ya təcrübədir. 1960-cı illərdən kompüter sənəti və multimedia sənəti də daxil olmaqla prosesi təsvir etmək üçün müxtəlif adlar istifadə edilmişdir.Bəzi ilkin müqavimətdən sonra rəqəmsal texnologiyanın təsiri rəsm, ədəbiyyat, heykəltaraşlıq və musiqi/səs sənəti kimi fəaliyyətləri dəyişdirdi, eyni zamanda şəbəkə sənəti, rəqəmsal quraşdırma sənəti və virtual reallıq kimi yeni formalar çevrildi. Daha ümumi şəkildə rəqəmsal rəssam termini incəsənət istehsalında rəqəmsal texnologiyalardan istifadə edən rəssamı təsvir etmək üçün istifadə olunur. Geniş mənada "rəqəmsal sənət" kütləvi istehsal və ya rəqəmsal media üsullarından istifadə edən müasir incəsənətdir.Rəqəmsal sənət üsulları reklamlarda əsas media tərəfindən və vizual effektlər yaratmaq üçün film istehsalçıları tərəfindən geniş şəkildə istifadə olunur. Masaüstü nəşriyyat daha çox qrafik dizaynla əlaqəli olsa da, nəşriyyat dünyasına böyük təsir göstərmişdir. Həm rəqəmsal, həm də ənənəvi rəssamlar işlərini yaratmaq üçün bir çox elektron məlumat və proqram mənbələrindən istifadə edirlər. Vizual və musiqi sənətləri arasındakı paralelləri nəzərə alaraq, rəqəmsal vizual sənətin dəyərinin ümumi qəbulunun son üç onillikdə elektron şəkildə istehsal olunan musiqinin qəbulunun artması ilə eyni şəkildə inkişaf etməsi mümkündür.
Sənət hərəkatı
Sənət hərəkatı və ya incəsənət hərəkatı — müəyyən bir zaman müddətində (adətən bir neçə ay, il və ya onilliklər) və ya heç olmasa, qürur çağında bir qrup rəssamın ardınca gələn, müəyyən bir ümumi fəlsəfə və ya məqsəd daşıyan sənətdəki meyl və ya üslubdur. Hər bir ardıcıl hərəkətin yeni avanqard hərəkatı kimi qəbul edildiyi müasir incəsənətdə bədii cərəyanlar xüsusi əhəmiyyət kəsb edirdi.
Sənət xadimi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Təsviri sənət
Təsviri sənət — incəsənətin bir növüdür. Dekorativ və ya tətbiqi sənətlərdən fərqli olaraq, əsasən estetik və ya gözəllik üçün hazırlanmış bir sənətdir, bu da saxsı qablar və ya metal işlənməsi kimi bəzi praktik funksiyaları yerinə yetirməlidir. İtalyan intibahı dövründə inkişaf etdirilən estetik nəzəriyyələrdə sənətkarın, məsələn, çaydanın istehsalı və bəzədilməsi ilə əlaqəli heç bir praktik mülahizələrlə məhdudlaşmadan təxəyyülünü tam ifadə etməyə və göstərməsinə imkan verən ən yüksək sənət hesab olunurdu. Bir sənət əsərinin yaradılması, bir mebel parçası ilə lazım ola biləcəyi kimi, xüsusi bacarıqlara sahib fərqli insanlar arasında iş bölgüsünü əhatə etməməsi də vacib hesab edildi. == Haqqında == Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: rəsmqrafika boyakarlıq heykəltaraşlıqdekorativ tətbiqi sənət — bəzən memarlıq.Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mütitdə mövqеyini rəsm dilində əks еtdirir.Təsvirin həcmli, mühütin rеal görüntüsü üçün pеspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur.Rəsm kоmpоzisiya ilə əlaqədardır.Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. == Tarixi == Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.
Musiqi əsəri
Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir. Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir. == Mənbə == Назайкинский Е. В. Логика музыкальной композиции.М., изд., "Музыкальный энциклопедический словарь", 1982. Чередниченко Т. В. Музыкальное произведение, М., изд., "Музыкальный энциклопедический словарь", 1982.
Üçlük əsəri
"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir. Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir. == Əsərin Quruluşu == “Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir. Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) === Sujet xətti === Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Tətbiqi proqramlaşdırma interfeysi
Tətbiqi proqramlaşdırma interfeysi (ing. application programming interface, API) - kompüterin əməliyyat sistemi vasitəsilə həyata keçirilən aşağı dərəcəli servis funksiyalarını tələb edən və yerinə yetirən proqramlar toplusu. Tətbiqi proqram iki növ məsələləri yerinə yetirir: birincisi, aparılan işlərlə bağlı olan məsələləri, məsələn, sənədə və ya elektron cədvələ daxil edilən mətnin, yaxud ədədlərin emalını; ikincisi, müşayiət sahəsinə aid məsələləri: məsələn, faylların idarə olunmasını və informasiyanın ekrana çıxarılmasını. Müşayiətlə bağlı bu işləri kompüterin əməliyyat sistemi yerinə yetirir, API isə tətbiqi proqramların əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsini təmin edir: bu interfeys sistem səviyyəli hansı məsələni və nə vaxt yerinə yetirməyi əməliyyat sisteminə göstərməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milli Sənət Qalereyası
Milli Sənət Qalereyası (ing. National Gallery of Art) - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hal-hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
Ontario sənət qalereyası
Ontario bədii qalereyası (ingilis dilində:Art Gallery of Ontario) - Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. == Tarixi == Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. == Kolleksiyası == Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Təsviri sənət muzeyi
Təsviri Sənət Muzeyi (fr. Musée des Beaux-Arts; alm.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.